Türkiyə Prezidenti Azərbaycana GƏLƏCƏK
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Azərbaycana gələcək.
“TV1” xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.
Bildirilir ki, Türkiyə liderinin may ayı üçün nəzərdə tutulmuş proqramında Azərbaycana səfər də yer alır.
Rəcəb Tayyib Ərdoğan aprelin 29-da IV Hökumətlərarası Zirvə Görüşündə iştirak məqasədilə İtaliyaya gedəcək. Mayın 3-də Şimali Kipr Türk Respublikasında təşkil olunan TEKNOFEST-də iştirak edəcək. İyunda isə onun ABŞ-ın paytaxı Vaşinqtona səfər edəcəyi gözlənilir.