Türkiyədə avtobus dərəyə yuvarlandı: 5 ölü, 14 yaralı
Türkiyənin Mersin şəhərində ağır yol qəzası baş verib.
“TV1” “Haber Global”a istinadən xəbər verir ki, kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus dərəyə aşıb.
Nəticədə 5 nəfər həlak olub, daha 14 nəfər isə yaralanıb.
Hazırda qəzanın səbəbləri araşdırılır.