Türkiyədə fabrikdə partlayış baş verib, 12 nəfər həlak olub

media-ads_728_90

Türkiyənin Balıkesir şəhərinin Karesi rayonunda partlayıcı istehsal edilən fabrikdə partlayış baş verib. İlkin məlumata görə, hadisə zamanı 12 nəfər həlak olub, 3 nəfər yaralanıb.

“TV1” xəbər verir ki, bu barədə Balıkesir valisi İsmail Ustaoğlu açıqlayıb.

Partlayış rayonun Kavaklı kəndində fəaliyyət göstərən fabrikin kapsul istehsal edilən bölməsində hələlik məlum olmayan səbəbdən baş verib.

Araşdırma aparılır.

media-ads_728_90
Paylaş