Türkiyədə fəhlələri daşıyan mikroavtobus aşıb - Ölən və xəsarət alanlar var
Türkiyənin Yalova bölgəsində fəhlələri daşıyan mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 20 nəfər xəsarət alıb.
“TV1” “Haber Global”-a istinadən xəbər verir ki, hadisə Bursa-Yalova avtomobil yolunun Paşakənd məntəqəsində baş verib.
Hadisə yerinə çoxsaylı tibb, jandarma, polis, fövqəladə hallar və yanğınsöndürmə heyəti göndərilib.
Yalova valisi Əhməd Həmdi Usta hadisə yerinə gəlib, araşdırma aparılır.








