Türkiyədə İrana casusluq etməkdə şübhəli bilinən 6 nəfər saxlanıldı

media-ads_728_90

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və polisin birgə keçirdiyi əməliyyat zamanı İrana casusluq etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.

“TV1” “Sabah”a istinadən xəbər verir ki, şəbəkə üzvləri ölkədəki kritik dövlət obyektləri və hərbi bazalar haqqında məlumatlar toplayaraq İran kəşfiyyatına ötürməkdə şübhəli bilinirlər.

İstanbulda saxlanılan həmin şəxslərdən 5-i türkiyəli, biri isə iranlıdır.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş