Türkiyədə məhkəmə binasında partlayış baş verib, yaralananlar var
Türkiyənin Şanlıurfa vilayətində məhkəmə binasında partlayış baş verib.
“TV1” xəbər verir ki, partlayış nəticəsində yaralananların olduğu bildirilir.
Türkiyə ədliyyə naziri Yılmaz Tunç Şanlıurfa məhkəməsinin ədli əmanət anbarında partlayış baş verdiyini qeyd edib. Nazir bir nəfərin ayağından xəsarət aldığını əlavə edib.








