Türkiyədə məktəbin yaxınlığındakı silahlı hücumda 1 şagird ölüb, 10 nəfər yaralanıb - YENİLƏNİB

media-ads_728_90

Türkiyənin Manisa vilayəti Turgutlu rayonunda İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin yaxınlığında baş verən silahlı insidentdə xəsarət alan şagirdlərin sayı 10-a çatıb.

“TV1” xəbər verir ki, hadisə nəticəsində bir şagird ölüb.

Yerli media hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bildirir.

xxx

Türkiyədə məktəbə silahlı hücum olub.

“TV1” xəbər verir ki, hadisə Manisa vilayətinin Turqutlu rayonunda baş verib.

Liseyin qarşısında baş verən silahlı hücum nəticəsində 1 şagird ölüb. Bu barədə Turqutlu rayon bələdiyyəsinin sədri Çetin Akın məlumat verib.

Kimliyi məlum olmayan şəxs liseyin qarşısında ətrafa atəş açmağa başlayıb.

Hücum nəticəsində 5 nəfərin yaralandığı bildirilir.

Əraziyə çoxlu sayda polis və təcili tibbi yardım xidməti cəlb olunub.

Hadisəni törədən şəxsin axtarışları davam edir.

media-ads_728_90
Paylaş