Türkiyədə meşə yanğınlarının miqyası genişlənir

media-ads_728_90

Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Türkiyədə meşə yanğınlarının sayı artır. Muğlanın Seydikemer rayonunun Bayır məhəlləsi yaxınlığındakı meşədə bu gün saat 07:00 radələrində yanğın başlayıb.

“TV1” xəbər verir ki, əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları Yanğının söndürülməsinə havadan 5 təyyarə və 11 helikopter, qurudan isə 40 yanğınsöndürən maşın, 1 xüsusi texnika və 261 nəfərlik şəxsi heyət cəlb olunub.

Ərazidə müşahidə olunan güclü külək səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılıb.

Alovun təsir göstərdiyi Fethiye – Antalya avtomobil yolunda təhlükəsizlik məqsədilə nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Zəruri işlər başa çatdıqdan sonra yolun yenidən istifadəyə veriləcəyi bildirilib.

Antalyanın Kaş rayonunda ötən gün başlayan meşə yanğınının nəzarət altına alınması istiqamətində işlər bu gün də davam edir. Səhərin ilk saatlarından etibarən helikopterlər və təyyarələr də yenidən söndürmə əməliyyatlarına qoşulub. Yanğına 26 yanğınsöndürən maşın, 9 su təchizatı avtomobili, 5 ilkin müdaxilə maşını və 155 nəfərlik şəxsi heyət cəlb olunub. Alova həm havadan, həm də qurudan müdaxilə edilir.

Manisanın Alaşehir rayonunda isə zeytun bağları və kolluq ərazidə baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi nəticəsində nəzarət altına alınıb.

Kemaliye məhəlləsi yaxınlığında baş verən yanğının söndürülməsinə Meşə Baş İdarəsinin əməkdaşları, eləcə də Manisa Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə briqadaları cəlb olunub.

media-ads_728_90
Paylaş