Ukraynanın Baş naziri istefa verdi
Ukraynanın Baş naziri Denis Şmıqal istefa verib.
“TV1” xəbər verir ki, Baş nazir vəzifəsindən istefa ərizəsini Ali Radaya təqdim edib.
Xatırladaq ki, Prezident Volodimir Zelenski ötən gün Baş nazirin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenkoya hökumətə rəhbərlik etməyi təklif edib.