“Volkswagen” 35 min işçisini ixtisar edir
“TV1” xəbər verir ki, Almaniyanın aparıcı avtomobil istehsalçısı Volkswagen işçi heyətin yüksək xərcləri ilə bağlı problemlərlə üzləşir. Həmkarlar ittifaqları ilə aparılan beşinci danışıqlar zamanı razılaşma əldə olunub.
Qərarlar geniş miqyaslıdır: Almaniyadakı 10 VW avtomobil zavodundan heç biri bağlanmayacaq, lakin 2030-cu ilə qədər 120 min işçidən 35 min nəfər ixtisar ediləcək. Eyni zamanda bu avtomobil nəhənginin istehsal gücü də azaldılacaq. Volkswagen Group-un İdarə Heyətinin sədri Oliver Blume bildirib ki, işçilər maaş artımından imtina ediblər, 4 min menecerin isə bonusları azaldılacaq.
Oliver Blumenin sözlərinə görə şirkətin Çindəki çətinlikləri bazarda elektromobillərin payının qismən artması ilə əlaqədardır. VW-də ekonom sinif üçün modellər yoxdur – bu, Avropada da satışların artırılmasına mane olur. “2026-cı ildən etibarən qiyməti 25 min avroya olan dörd yeni model, 2027-ci ildə isə 20 min avroluq yeni avtomobil bazara çıxaracağıq”.