media-1200x100

Vüqar Həşimovun partlayışda xəsarət alan atası Qasım Həşimov vəfat edib

media-ads_728_90

Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan Həşimov Qasım Murtuz oğlunun yanvarın 8-də saat 12:55-də ölüm faktı qeydə alınıb.

“TV1” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

“Pasiyentin ölümünün ilkin səbəbi kimi poliorqan çatışmazlığı qeyd olunur. Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”,- deyə məlumatda deyilir.

Qeyd edək ki, Q.Həşimov ötən il dekabrın 3-də bədən səthinin 55%-ni əhatə edən II və III dərəcəli yanıq xəsarətləri ilə ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.

media-ads_728_90
Paylaş