Xaçmazda 44 yaşlı kişi güllələnib - qohumu tutulub
Xaçmazda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
“TV1” xəbər verir ki, Xaçmaz rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 19-da saat 19 radələrində Xaçmaz rayonu ərazisində 1981-ci il təvəllüdlü Emin Cəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1988-ci il təvəllüdlü Rafiq Həbibovun tüfəngdən atəş açaraq Emin Cəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
R.Həbibov şübhəli şəxs qismində tutulub, hadisə yerindən qanunsuz saxladığı 1 ədəd “İJ” markalı 7616 N-li ov tüfəngi götürülüb.
İbtidai istintaq davam etdirilir.