Xaçmazda AĞIR QƏZA - Xəsarət alanlar var 

media-ads_728_90

Xaçmazda qəzada yaralananların vəziyyəti barədə məlumat açıqlanıb.

“TV1” xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 18-də saat 09:30 radələrində Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən 7 nəfər (kişi cinsli) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Hazırda xəsarət alan şəxslərə zəruri tibbi yardım və instrumental müayinələr icra edilir və onların müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onlardan bir nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, aprelin 18-i səhər saatlarında Xaçmazda zəncirvari qəza baş verib. Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində BMW, “Mercedes” və “Opel” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş