Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı
Xadimələrə maşınını yudurdan məktəb direktori işdən çıxarılıb.
“TV1” xəbər verir ki, trend-in əldə etdiyi məlumata əsasən, Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən azad olunub.
Məlumatı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində məktəbin xadimələri tərəfindən yuyulması ilə bağlı videogörüntülər yayılmışdı.