Xalq artisti Arif Babayevin son durumu - YENİLƏNİB
Xalq artisti, professor Arif Babayevin vəziyyəti ağır olaraq qalır.
“TV1” xəbər verir ki, bu barədə apa-ya Mərkəzi Klinikanın Mətbuat xidmətinin rəhbəri Elşən Şükürov məlumat verib.
O bildirib ki, A.Babayev ötən gün axşam xəstəxanaya gətiriləndən reanimasiya şöbəsindədir: “Vəziyyəti ağır olaraq qiymətləndirilir, ciddi dəyişiklik müşahidə olunmur”.
11:01 —————————————————————————————————————
Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır.
“TV1” xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın İnformasiya Mərkəzinin məlumatında bildirilib.
Qeyd edilib ki, axşam saatlarında Mərkəzi Klinikaya gətirilən Xalq artistinin vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir: “Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir”.
Xatırladaq ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Dünən isə Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib.