Xalq artisti Rasim Balayevin nəşi Bakıya gətirilib 

media-ads_728_90

Azərbaycanın Xalq artisti Rasim Balayevin nəşi dövlətimizin dəstəyi ilə martın 30-da Türkiyədən Vətənə gətirilib. Ötən gün Rasim Balayev İstanbulda müalicə aldığı “Memorial” xəstəxanasında vəfat edib.

“TV1” xəbər verir ki, mərhumun cənazəsi ailəsinə təhvil verilib.

Rasim Balayevlə vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacaq. Daha sonra görkəmli sənətkar I Fəxri xiyabanda torpağa tapşırılacaq.

media-ads_728_90
Paylaş