Xankəndidə yanğın törədən şəxs həbs edildi - DİN

media-ads_728_90

İyulun 27-də Xankəndi şəhərində yaşayış binalarının yaxınlığında baş verən yanğın hadisəsinin səbəbi ehtiyatsızlıq olub.

“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, araşdırmalarla müəyyən edilib ki, 1973-cü il təvəllüdlü Malik İsmayılov yemək hazırlamaq məqsədilə qaladığı ocaqla ehtiyatsız davranıb və nəticədə təxminən 40 kv.m yaşıllıq sahəsi yanaraq məhv olub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə M.İsmayılov saxlanılıb və barəsində həbs qərarı verilib.

 

media-ads_728_90
Paylaş