Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturu pilotsuz katerlərin hücumu nəticəsində zədələnib

media-ads_728_90

Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sisteminin dəniz terminalı noyabrın 29-i səhər saatlarında pilotsuz katerlərin hücumu nəticəsində zədələnib.

“TV1” xəbər verir ki, bu barədə Konsorsiumun məlumatında bildirilir.

“Bu gün Moskva vaxtı ilə saat 04:06-da (Bakı vaxtı ilə 05:06-da – red.) konsorsiumun dəniz terminalının akvatoriyasında pilotsuz katerlərin məqsədyönlü hücumu nəticəsində ikinci səyyar yanalma qurğusu ciddi zədələnib. Yükləmə və digər əməliyyatlar dayandırılıb, tankerlər CPC akvatoriyasından kənara çıxarılıb”, – deyə məlumatda qeyd olunur.

Konsorsiumun işçiləri və podratçılar arasında xəsarət alanlar yoxdur.

media-ads_728_90
Paylaş