Xəzər dənizində daha bir zəlzələ olub - YENİLƏNİB
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.
“TV1” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, aprelin 12-də yerli vaxtla 23:45-də qeydə alınan zəlzələnin ocağı 32 kilometr dərinlikdə olub.
23:07
Xəzər dənizində 4.6 maqnitudalı zəlzələ qeydə alınıb.
“TV1” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla 22:46-da qeydə alınan zəlzələnin ocağı 18 kilometr dərinlikdə olub.
Bu gün Lənkəranda zəlzələ baş verib.
Yeraltı təkanların maqnitudası 3 olub.








