Xəzər dənizində zəlzələ olub
Aprelin 23-də Xəzər dənizində zəlzələ baş verib.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,2 olan zəlzələ yerli vaxtla saat 09:57-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 20 kilometr olub.








