Xidməti vəzifəsini yerinə yetirərkən FHN əməkdaşı həlak olub
Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı avtoqəza nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşılarından biri yaralanıb, digəri ölüb.
“TV1” xəbər verir ki, bu barədə FHN-nin məlumatında bildirilir.
Qeyd olunur ki, xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
E.Tağıyevin həyati təhlükəsi yoxdur.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.








