Xırdalanda yaşayış evində yanğın olub - VİDEO

media-ads_728_90

Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən tam söndürülüb.

“TV1” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, FHN-nin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Əraziyə operativ şəkildə müdaxilə olunub və alovun genişlənməsinin qarşısı alınıb.

 

media-ads_728_90
Paylaş