Xocavənd və Ağdərədə yanğınların söndürülməsinə aviasiya cəlb olunub - VİDEO

media-ads_728_90

Xocavənd və Ağdərə rayonlarında baş verən yanğınların söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

“TV1” xəbər verir ki, bu barədə FHN-nin məlumatında bildirilir.

Bildirilib ki, küləkli hava şəraiti Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində baş verən yanğınlarla mübarizəni çətinləşdirir, lakin yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

media-ads_728_90
Paylaş