Xocəsən metrosunun qarşısındakı keçiddə:TƏHLÜKƏ
“TV1” xəbər verir ki, Bakının Xocəsən metrostansiyaının çıxışında yerləşən keçiddə təhlükəli vəziyyət yaranıb. Vətəndaşın çəkdiyi görüntülərdə keçidin liftinin işləmədiyi, şaxtanın üstü isə açıq olduğu görünür.
Dərin şaxta heç bir təhlükəsizlik lenti və ya xəbərdarlıqla bağlanmayıb. Bu isə xüsusilə uşaqlar, yaşlılar və fiziki məhdudiyyətli şəxslər üçün ciddi təhlükə yaradır.
Sakinlər aidiyyəti qurumlardan məsələyə müdaxilə etməyi xahiş edirlər.