Yağıntılı hava şəraiti ilə əlaqədar bu əraziləri su basıb - VİDEO

media-ads_728_90

Gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

“TV1”  xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bİldirilib ki, daxil olmuş məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub.

“Nazirliyin qüvvələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib”, – deyə məlumatda bildirilir.

media-ads_728_90
Paylaş