Yasamalda 45 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb

media-ads_728_90

Bakının Yasamal rayonu ərazisində avqustun 23-də 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

“TV1” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş