Yasamalda söküntü işləri dayandırılıb, cinayət işi açılıb - VİDEO

media-ads_728_90

Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri dayandırılıb, cinayət işi açılıb.

“TV1” xəbər verir ki, tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) sözügedən hadisə ilə bağlı məlumatında bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib: “Əməliyyat şəraiti qiymətləndirilərkən dağıntı altında qalanın olmadığı müəyyən edilib”.

Xatırladaq ki, sosial mediada Yasamal rayonunda sakinlərin evdə olduğu halda evlərinin sökülməsi ilə bağlı görüntülər yayılıb. Hadisə Yasamal rayonu, Alatava 1 , Abdulvahab Salamzadə kücəsi, ev 118B ünvanında qeydə alınıb.

media-ads_728_90
Paylaş