Yekaterinburqda Şahin Şıxlinskinin oğlunun məhkəməsi başlayıb

media-ads_728_90

Rusiyanın Yekaterinburq şəhərində “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinskiyə qarşı cinayət işi açılıb. O, artıq məhkəməyə gətirilib.

“TV1” xəbər verir ki, M.Şıxlinski “Mercedes-Benz G-Class” (Galendvagen) markalı avtomobillə xüsusi təyinatlını vurmaqda ittiham olunur.

Məhkəmə prosesi başlayıb.

Bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat verib: “Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib”.

Xatırladaq ki, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski Səfərov qardaşlarının həbs olunması ulə bağlı saxlanılmışdı. O, sonra o azad edilib. /report/

media-ads_728_90
Paylaş