Yevlaxda ağır QƏZA - Bir ailənin 8 üzvü ağır yaralıdır
Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var.
“TV1” xəbər verir ki, Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində biri azyaşlı olmaqla 7 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən qəza ilə bağlı verilən məlumatda bildirilir ki, Yevlaxda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (6 qadın cinsli, 2 kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Kəllə sümüklərinin, sağ gicgah təpə nahiyəsinin sınığı diaqnozu təyin edilən pasiyentin müalicəsi isə müvafiq şöbədə davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir. /report/