Yevlaxda ailə faciəsi - Ata ilə qızının meyiti tapıldı

media-ads_728_90

Yevlaxda evdən ata və qızının meyiti tapılıb.

“TV1” xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Aran qəsəbəsində baş verib.

Rayon sakini 1977-ci il təvəllüdlü Məhəbbət Bayramov bir neçə gün öncə yaşadığı evdə intihar edib. Onun övladı 2002-ci il təvəllüdlü Səbinə Bayramova isə birinci qrup əlil olduğundan aclıqdan öldüyü bildirilir.

Evdən səs gəlmədiyini görən qonşular otağa daxil olarkən hər iki şəxsin öldüyünü görüb.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

media-ads_728_90
Paylaş