Yevlaxda azyaşlını cərəyan vurdu
Yevlaxda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb.
“TV1” xəbər verir ki, hadisə Dəmiryolu Vağzalının hüdudlarında baş verib.
Bildirilir ki, 2010-cu il təvəllüdlü Ramil Quluzadə dayanıqlı vəziyyətdə olan yük vaqonunun üzərinə qalxıb. Bu zaman onu cərəyan vurub.
Ağır xəsarət alan uşaq dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.








