Yevlaxdakı yanğında şəhid anası vəfat edib - Bacı-qardaşı yaralanıb

media-ads_728_90

Yevlaxda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

“TV1” xəbər verir ki, 1942-ci il təvəllüdlü Mikayılova Nərgiz Savalan qızına məxsus, şəhərin S.Vurğun küçəsi 15/20 ünvanında yerləşən mənzilin bir hissəsi yanıb.

Yanğın nəticəsində mənzil sahibi ölüb.

Onun qızı 1965-ci il təvəllüdlü Yasəmən Vahabova və oğlu 1967-ci il təvəllüdlü Kamran Mehdiyev xəsarət allblar.

Yanğın zamanı ölən Nərgiz Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısıdır.

 

media-ads_728_90
Paylaş