Yolu keçmək istəyən ana və məktəbli övladını maşın vurub

media-ads_728_90

Mingəçevirdə avtomobil yolu keçən ana və övladını vurub.

“TV1” xəbər verir ki, şəhər ərazisində 1988-ci il təvəllüdlü Xəyal Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Yusifova Səfayə və onun övladı 2014-cü il təvəllüdlü Rüstəm Yusiblini vurub.

Yaralılar Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupdan sorğumuza cavab olaraq bildirilib ki, xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.

media-ads_728_90
Paylaş