Yun döşəklərdə 47 kq narkotik aşkarlandı - VIDEO

media-ads_728_90

Yun döşəklərdə gizlədilən 47 kq narkotik aşkarlandı. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən növbəti əməliyyat zamanı Bakı şəhəri və Abşeron rayonunda narkotik vasitələrin satışının qarşısı alınıb.

“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Əməliyyat nəticəsində əvvəllər narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş 39 yaşlı Nurlan Allahverdiyev saxlanılıb.

Ondan 47 kiloqram tərkibinə zərərli maddələr qatılmış marixuana aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, N.Allahverdiyev ölkə ərazisində narkotiklərin satışını və qanunsuz dövriyyəsini təşkil edib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

media-ads_728_90
Paylaş