Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

media-ads_728_90

Ötən gün saat 21:00 radələrində 4 nəfər (1 kişi, 3 qadın) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“TV1” xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, onlara dəm qazı zəhərlənməsi diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. /apa/

media-ads_728_90
Paylaş