Zəngəzur dəhlizinin açılması Türk dünyası ilə məsafəni daha da qısaldacaq - Gökhan Güler
“Türk dünyasının Qarabağ zəfərinə göstərdiyi siyasi dəstəyi Şimali Kipr Türk Cümhuriyyətinin tanıdılması və beynəlxalq birliyin üzvü olması yolundakı səylərinə də göstərilməsini gözləyirik”.
“TV1” xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın xüsusi məsləhətçisi Gökhan Güler Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə 3 may – Türkçülük Günü münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel iclasında deyib.
“Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən forumda Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlər bizi çox bəxtiyar etdi. Şimali Kiprin Azərbaycandakı Nümayəndəliyinin statusunun yüksəldilməsini zəruri sayıram”, – deyə o, qeyd edib.