media-1200x100

17 yaşlı yeniyetmənin batdığı kanalda suyun səviyyəsi azaldıldı - VİDEO

media-ads_728_90

Ağcabədidə 17 yaşlı yeniyetmə kanalda batıb.

“TV1” xəbər veri ki, Ağcabədi rayonunda Yuxarı Qarabağ kanalında suda batması ehtimal olunan gəncin axtarış tədbirlərinin effektivliyi məqsədilə Yuxarı Qarabağ kanalında suyun səviyyəsi aşağı endirilib.

FHN Aran Dalğıc Qrupu yeniyetmənin axtarış əməliyyatlarını davam etdirir.

Hadisə Yuxarı Qarabağ Kanalının rayonun Xocavənd kəndi ərazisindən keçən hissəsində baş verib. Kənd sakini 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər kanalda baxtmasına dair əsaslı şübhələr olduğundan hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda axtarışlar davam etdirilir.

media-ads_728_90
Paylaş