media-1tv-az-1200x100

2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb - İstintaq aparılır

media-ads_728_90

Bakının Sabunçu rayonu ərazisində 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb.

“TV1” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Sabunçu rayonu ərazisində 22-23 fevral tarixlərində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd olunub ki, həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95 % spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

media-ads_728_90
Paylaş