Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, oktyabrın 16-da polis əməkdaşları tərəfindən keçirilən tədbirlərdə paytaxt və regionlarda 2 avtomat silahı, 1 tapança, 5 tüfəng, 1 patron darağı və 35 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.