Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Bir çox problemin yaşandığı bölgədə Türkiyə və Azərbaycan iki sabitlik adası mövqeyindədir.
“TV1” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” sosial media hesabında yazıb.
O xatırladıb ki, qlobal problemlər və regional proseslər qarşısında hər zaman əməkdaşlıq və həmrəylik içində olduqları qardaş və müttəfiq Azərbaycana mühüm səfər həyata keçirib:
“Bakının işğaldan azad edilməsinin 108-ci ildönümündə Azərbaycanda olmaq gözəl bir təsadüf oldu. Səmimi qonaqpərvərliyinə görə, başda dəyərli həmkarım və qardaşım Ceyhun Bayramov olmaqla bütün azərbaycanlı rəsmilərə təşəkkür edirəm. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildik və xarici işlər naziri Ceyhun Bayramovla geniş müzakirələr apardıq. Bölgəmizdəki böhranları dəyərləndirdik, Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifahın təmin olunması, eləcə də Türk dünyasının ortaq gələcəyi ilə bağlı fikir mübadiləsi apardıq. İqtisadi və ticari əlaqələrimizi daha da inkişaf etdirəcək addımları, enerji və nəqliyyat sahələrində birgə layihələrimizi, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığımızı müzakirə etdik”.
H.Fidan, həmçinin vurğulayıb ki, Türkiyə qardaş Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə, ortaq hədəflər naminə çiyin-çiyinə irəliləməyə davam edəcək.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edib. O, səfər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edilib, həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Hər iki nazir görüşün ardınca mətbuat üçün brifinqdə çıxış ediblər.
Küresel sorunlar ve bölgesel gelişmeler karşısında her daim iş birliği ve dayanışma içinde olduğumuz, kardeş ve müttefikimiz Azerbaycan’a önemli bir ziyaret gerçekleştirdik. Bakü’nün işgalden kurtuluşunun 108. yıl dönümünde Azerbaycan’da bulunmak güzel bir tevafuk oldu. Samimi misafirperverlikleri için kıymetli mevkidaşım ve kardeşim Ceyhun Bayramov başta olmak üzere, tüm Azerbaycanlı yetkililere teşekkür ediyorum.
Ziyaret kapsamında Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı Sayın İlham Aliyev tarafından kabul edildik ve Dışişleri Bakanı Ceyhun Bayramov ile kapsamlı görüşmeler gerçekleştirdik.Bölgemizdeki krizleri değerlendirdik; Güney Kafkasya’da kalıcı barış, istikrar ve refahın tesisi ile Türk dünyasının ortak geleceğine yönelik görüş alışverişinde bulunduk.
Ekonomik ve ticari ilişkilerimizi daha da ileriye taşıyacak adımları, enerji ve ulaştırma alanlarındaki ortak projelerimizi ve güvenlik alanındaki iş birliğimizi ele aldık. Çok sayıda probleme sahne olan bölgemizde Türkiye ve Azerbaycan iki istikrar adası konumundadır.Kardeş Azerbaycan ile olan iş birliğimizi daha da derinleştirmeye, ortak hedeflerimiz doğrultusunda omuz omuza yürümeye devam edeceğiz.
— Hakan Fidan (@HakanFidan) September 16, 2026








