ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Azərbaycanda səfərdədir

media-ads_728_90

ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçi katibi Kaleb Orr Azərbaycanda səfərdədir.

“TV1” xəbər verir ki, onun səfər çərçivəsində ABŞ rəsmisinin iyunun 1-2-də Bakıda keçirilən Bakı Enerji Həftəsində iştirak edəcəyi gözlənilir.

Həmçinin səfər zamanı ilk Azərbaycan–ABŞ İqtisadi Dialoqunun keçirilməsi nəzərdə tutulur.

K.Orrun səfəri Azərbaycan ilə ABŞ arasında iqtisadi və enerji sahələrində tərəfdaşlığın müzakirəsi və yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi baxımından əhəmiyyət daşıyır.

media-ads_728_90
Paylaş