media-1200x100-50faiz

Ağcabədidə ağır yol qəzasında ölənlərin sayı 6-ya ÇATIB

media-ads_728_90

Ağcabədidə baş verən zəncirvari qəzada ölənlərin sayı altıya çatıb.

“TV1” xəbər verir ki, bu gün səhər saatlarında hadisə yerindən 1992-ci il təvəllüdlü Fəxri Rzayevin də meyiti tapılıb.

O, qəza zamanı “KİA” markalı avtomobildən yaralı halda çıxaraq yolun kənarına düşüb və orada ölüb.

33 yaşlı kişinin meyiti tapıldığı yerdən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Bununla qəzada ölənlərin sayı 6-ya çatıb.

Qeyd edək ki, Ağcabədidə zəncirvari qəza baş verib. “Mercedes”, “KIA” və “VAZ” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada “VAZ”da olan sürücü və dörd nəfər sərnişin hadisə yerində ölüb.

Hadisə nəticəsində ölən Hüsüyev Vüsal Məmməd oğlu (1991-ci il), Əmrahov Sənan Aqil oğlu (1995), Aslanov Azər Fəyyaz oğlu (1992), Ələsgərov Asiman Yaşar oğlu (2007), Aslanlı Elbəy Mövsüm oğlunun (2002) nəşləri gecə saatlarında aşkarlanmışdı.

media-qeza

media-ads_728_90
Paylaş