Ağcabədidə əl qumbarası partladı - 5 ölü, 2 yaralı
Ağcabədidə əl qumbarası partlayıb, ölən və yaralılar var.
“TV1” xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.
Baş vermiş hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb. /trend/