Ağcabədidə partlayıcı vasitələr və silahlar aşkarlanıb - FOTO
Ağcabədidə polis tərəfindən partlayıcı vasitələr və silahlar götürülüb.
“TV1” xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin yaydığı məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Keçirilən tədbirlər nəticəsində rayon ərzaisindən 4 qumbara, 2 “Kalaşnikov” avtomatı, xeyli sayda patron tapılaraq götürülüb. Həmçinin vətəndaşlardan müvafiq sənədləri olmayan 14 ov tüfəngi təhvil alınıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.