media-1200x100

Ağcabədidə qumbaranın partlaması nəticəsində yaralananların SON VƏZİYYƏTİ

media-ads_728_90

31.01.2025-ci il tarixində saat 11:30 radələrində partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“TV1” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, onlardan 1985-ci il təvəllüdlü (qadın cinsli) şəxsə aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlıya isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub.

“Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir. Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, yanvarın 31-də Ağcabədidə əl qumbarası partlayıb. Hadisə rayonun Hindarx qəsəbəsində baş verib. Nəticədə 5 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.

media-ads_728_90
Paylaş