media-1200x100

Aktauda təyyarənin qəza enişi etdiyi yerdə yanğın tam söndürülüb

media-ads_728_90

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Aktauda təyyarənin qəza enişi etdiyi yerdə yaranan yanğını tam şəkildə söndürüblər.

“TV1” xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumatında bildirilir.

Qeyd olunur ki, hazırda hadisə yerində həkimlər fəaliyyət göstərir.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kilometr məsafədə qəzaya uğrayıb.

 

media-ads_728_90
Paylaş