media-1200x100-50faiz

Altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır - RƏSMİ 

media-ads_728_90

Altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Agentlik bildirib ki, hadisənin qida zəhərlənməsi olub-olmaması araşdırılır:

“Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Ağdamın Əfətli kəndində 6 nəfər tortdan zəhərlənib.

media-ads_728_90
Paylaş