Argentinaya qalib gələn İspaniya millisi ikiqat dünya çempionu olub
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatına yekun vurulub.
“TV1” xəbər verir ki, mundialın final oyununda İspaniya və Argentina yığmaları qarşılaşıb.
Nyu-York şəhərindəki “MetLayf” stadionunda oynanılan görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda İspaniya millisi fərqlənə bilib. 106-cı dəqiqədə rəqib qapısına yol tapan Ferran Torres İspaniyaya qələbə qazandırıb. Bununla da komanda tarixində 2-ci dəfə dünya çempionu olub.
Qeyd edək ki, İspaniya yığması daha əvvəl 2010-cu il mundialında qızıl medallara sahib çıxmışdı.
xxx
Futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final matçının ən yaxşı oyunçusu açıqlanıb.
“TV1” xəbər verir ki, bu ada Avropa təmsilçisinin hücumçusu Ferran Torres layiq görülüb.
Qeyd edək ki, Torres komandasının 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə yeganə qolun müəllifi olub. O, 106-cı dəqiqədə fərqlənib.
xxx
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının qalibi olan İspaniya millisi mükafatlandırılıb.
“TV1” xəbər verir ki, dünya çempionlarına qızıl medalları və kuboku ABŞ Prezidenti Donald Tramp və FIFA prezidenti Canni İnfantino təqdim ediblər.
Finalda uduzan Argentina yığması isə gümüş medallarla mükafatlandırılıb.
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın finalında Argentinaya 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 106-cı dəqiqədə Ferran Torres vurub.








