ATƏT Azərbaycan və Ermənistanın təşəbbüsü ilə Minsk prosesinin bağlanmasını alqışlayır
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra Minsk prosesi və əlaqəli strukturlarının bağlanması haqqında Nazirlər Şurasının qərarını alqışlayır.
“TV1” xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen və ATƏT-in baş katibi Feridun H.Sinirlioğlu Ermənistan və Azərbaycanın birgə müraciətindən sonra Nazirlər Şurasının Minsk prosesinin və əlaqəli strukturlarının bağlanması haqqında qəbul etdiyi qərarı alqışlayıb.
“Ermənistan və Azərbaycanı sülhə və münasibətlərin normallaşmasına yönəlmiş tarixi sazişlər və onların həyata keçirilməsinə dərhal başlamaq qərarı münasibətilə bir daha təbrik etmək istəyirəm. Mən onların birgə müraciətinə dərhal cavab verdim və prosesdə gözəl əməkdaşlığa görə tərəflərə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Həmçinin iştirakçı dövlətlərin bu konsensusa nail olmağa imkan verən əməkdaşlıq ruhunu qeyd etmək istəyirəm”, – deyə E.Valtonen bəyan edib.