Avropa çempionatı: Bürünc medal görüşündə azərbaycanlı cüdoçuların dueli

media-ads_728_90

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bir-biriləri ilə qarşılaşacaqlar.

“TV1” xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Balabəy Ağayev yarımfinalda gürcüstanlı Giorgi Sardalaşviliyə uduzaraq bürünc medal görüşündə Əhməd Yusifova rəqib olub.

Daha əvvəl Şəfəq Həmidova (48 kiloqram) yarımfinala, Turan Bayramov (66 kiloqram) bürünc medal görüşünə vəsiqə qazanıblar. Könül Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kiloqram) turnirlə vidalaşıblar.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur.

media-ads_728_90
Paylaş